Aparıcı sistem inzibatçısı (məlumat bazasının adminstratoru) ( ə/h qeyd olunmayıb )

Azərbaycan Kredit Bürosu MMC
Tarix 20.09.2018
Baxış sayı 74
Sahə Kredit təşkilatları
Şəhər Bakı ş.
E-mail hr@acb.az
CV göndər
Vəzifələr
  • Verilənlər Bazasının İdarəetmə Sisteminin (VBİS) proqram əməliyyatının konfiqurasiyası, quraşdırılması və serverin əməliyyat sisteminin yüklənməsi;
  • VBİS-in təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumatların saxlanmasının effektivliyinin və səmərəliliyinin artırılması üçün konfiqurasiyanın sazlanması (həmçinin Əməliyyat Sisteminin sazlanması), VBİS-in işinin monitorinqi;
  • VBİS-in rezerv kopyalanması və bərpası;
  • Xəta halında nasazlığın lokalizasiyası və işin bərpası;
  • VBİS-ə dair plan üzrə profilaktik xidmətlərin təşkili;
  • VBİS sisteminin daha təkmil fəaliyyəti üçün müxtəlif texnologiya və metodların nəzərdən keçirilməsi və tətbiqi;
  • SQL və saxlanma prosedurlarına dair developerlərə yardım göstərilməsi;
  • Mövcud SQL sorğuların daimi gözdən keçirilməsi və optimallaşdırılması; 
  • Əmrlər Sətiri (CL – Command Line) ilə rahat işləmə bacarığı;
  • VBİS mühitinin sənədləşməsi.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Müvafiq sahə üzrə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s);
  • Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
  • VBİS-in Oracle üzrə idarə edilməsinə dair ən azı 3 il iş təcrübəsi  (MSSQL üzrə biliklərin olması arzu olunandır);
  • Windows/Unix mühitində yüksək iş təcrübəsi
  • SQL, PL / SQL-lə iş təcrübəsi, kompleks sorğular yazmaq bacarıqları;
  • ODİ (Oracle Data İntegrator) barədə biliklər;
  • VBİS-in idarə edilməsi üzrə digər biliklər üstünlükdür  (MySQL, PostgreSQL, MSSQL və s.)

 

İş şəraiti
  • Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə hr@acb.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar