İnsan Resursları üzrə Kargüzar ( ə/h qeyd olunmayıb )

Norm LLC
Tarix 21.09.2018
Baxış sayı 281
Sahə Təmir&Tikinti
Şəhər Bakı ş.
E-mail hr@norm.az
CV göndər
Vəzifələr
  • Əmrlərin hazırlanması,qeydiyyatı (işə qəbul, məzuniyyət, ezamiyyət, əlavə iş saatları  və digər əmrlər) və qovluqlarda saxlanması
  • Yeni işçi məlumatlarının toplanılması, proqrama daxil edilməsi və şəxsi iş qovluqlarının idarə olunması
  • Müvafiq programda aylıq tabelin hazırlanması
  • Qeydə almaların əlaqələndirilməsi və işə gəlməmə, xəstəlik üzündən işə çıxmama, məzuniyyət və s. ilə bağlı məlumatların qeydiyyatı.
  • Əmək kitabçalarının qeydiyyatı və yazılması
  • Işçilər/iş saatları ilə bağlı müxtəlif tipli aylıq hesabatların hazırlanması və aylıq iş saatlarının izlənilməsi
  • İşçilər haqda məlumat bazasının, işçilərin şəxsi işlərinin, İR qovluqlarının mütəmadi yenilənməsi
  • İllik tibbi müayinənin aparılmasının təşkil edilməsi
  • Yeni/zədələnmiş/itirilmiş bank kartlarının sifarişi
  • İşçilərin tibbi siğortalanmasının təşkili
  • İntranet portalında müxtəlif tipli xəbərlərin araşdırılması və yayımlanması, Yeni işçi məlumatları, ezamiyyət, məzuniyyət,Vəzifə dəyişikliklərini, təşkilatı struktur İntranetə daxil edilməsi
  • Müxtəlif tipli işçi sorğularının keçirilməsində dəstək
  • Yaşayış yeri ilə təminat, səfərlərin təşkili, viza, yaşamaq və iş üçün icazələrlə bağlı məsələlərin koordinasiya edilməsinə dəstək
  • Işdən çıxan işçinin Zavod ərazisində təhvil-təsliminə nəzarət
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • İR və ona müvafiq sahəsində ali təhsil
  • Səlis Azərbaycan və ingilis dili bilikləri
  • MS office proqramları
İş şəraiti
  • Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
  • Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/09/2018
  • Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Oxşar vakansiyalar