Hüquqşünas ( 300 — 500 AZN )

M and Partners hüquq firması
Tarix 24.09.2018
Baxış sayı 83
Sahə Konsaltinq
Şəhər Bakı ş.
Telefon (055) 202-61-16,(012) 497-03-88
E-mail office@mpartners.az
CV göndər
Vəzifələr
  • Şirkətə daxil olan müraciətlərin təhlil edilməsi və onların icrasına dair təkliflərin hazırlanması
  • Xidməti materialların sistemləşdirilməsi və rəhbərliyə məruzə edilməsi
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak, daxil olan müraciətlərin müəlliflərinə cavab məktublarının hazırlanması
  • Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə uyğun olaraq, müştərilərə keyfiyyətli və operativ hüquqi xidmətlərin göstərilməsinin təmin edilməsi
  • İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və müştərilərin həmin orqanlarda təmsil edilməsi
  • Şirkətə daxil olan elektron müraciətlərin və qısa sorğuların cavablandırılması
  • Müştərilərin sifarişi ilə məktubların, ərizələrin, şikayətlərin, iddia ərizələrinin və ya digər müraciət formalarının, eyni zamanda, müqavilələrin, korporativ müştərilər üçün daxili təlimat və qaydalarının və sair sənədlərin layihələrinin hazırlanması
  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinin hüquqi ekspertizası, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak, icra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsini təmin edilməsi
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-dan 18:00-dək
Tələblər
  • Təhsil: Ali (magistr)
  • İş təcrübəsi: 1 ilədək
  • 21 - 30 yaş
  • Ali hüquq təhsilli
  • Yaş həddi 21-30
  • Ofis proqramlarından (Word, Excel, Outlook) və İnternetdən sərbəst istifadə etmək bacarığı
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan., faks)
  • İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
  • Təşkilatçılıq bacarığı
  • Sənədləşmə işinin aparılması bacarığı
  • Korporativ hüquqa, o cümlədən müqavilə hüququna daha çox maraq göstərən hüquqşünaslara üstünlük verilir

Oxşar vakansiyalar