Təlim və İnkişaf şöbəsinə Aparıcı və ya Baş mütəxəssis ( ə/h qeyd olunmayıb )

International Bank of Azerbaijan Republic
Tarix 27.09.2018
Baxış sayı 48
Sahə Banklar
Şəhər Bakı ş.
E-mail cv@ibar.az
CV göndər
Vəzifələr
  • Bank  daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Bankın təlim strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində iştirak;
  • Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;
  • Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, təlim mərkəzləri ilə işin koordinasiyası;
  • Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;
  • Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və əməkdaşların işində treyninqin qazandırdığı töfhələrin qiymətləndirilməsi.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib

 

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Əla səviyyədə təşkilatçılıq bacarığı
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.
  • Bu iş sizə nələri qazandıracaq:
  • İnsan Resurslarının idarə edilməsinin müxtəlif istiqamətlərində özünü inkişaf etdirmək və təcrübə toplamaq imkanı;
  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  12 Oktyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
  • Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və İnkişaf  üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
  • İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
  • Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiyalar