İnsan Resursları üzrə Menecer – İRM ( 750 AZN )

MilliKart" MMC
Tarix 12.10.2018
Baxış sayı 189
Sahə Konsaltinq
Şəhər Bakı ş.
E-mail hr@millikart.az
CV göndər
Vəzifələr
  • HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
  • Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
  • İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
  • Kadr bazasının yaradılması;
  • Şirkət daxili prosedurların hazırlanması;
  • İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
  • Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • İş qrafiki: 09:00-18:00;
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • 24 - 40 yaş
  • Azərbaycan , rus və ingilis dilini mükəmməl bilməli;
  • MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Hüquq və ya insan resursları sahəsində ali təhsil;
  • Məsuliyyətli, diqqətcil və dəqiq, səbirli, mülayim, stressə dözümlü, gərgin iş rejimində çalışmaq qabiliyyəti;
İş şəraiti
  • Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Menecer – İRM” qeyd edərək hr@millikart.az elektron ünvanına CV göndərməsi tələb olunur. Müsahibə göndərilmiş CV əsasında aparılacaq.

Oxşar vakansiyalar