Baş mühasib ( 1200 — 1500 AZN )

Performance Center
Tarix 27.02.2019
Baxış sayı 91
Sahə Avtomobil
Şəhər Bakı ş.
E-mail hr@performance-center.az
CV göndər
Vəzifələr
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Ali iqtisadi təhsil;
  • Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 5 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarını bilməli ; 
  • 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
İş şəraiti
  • Namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
  • Əməkhaqqı: 1200-1500 AZN
  • İş qrafiki: 6 günlük, 09:00-18:00.

Oxşar vakansiyalar