Marka Meneceri ( ə/h qeyd olunmayıb )

Ulduz Şokolad Fabriki
Tarix 18.04.2019
Baxış sayı 155
Sahə Sənaye
Şəhər Bakı ş.
E-mail CV.Ulduz@ulduz.com.az
CV göndər
Vəzifələr
  • Brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun məhsulların bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi.
  • Vəzifə öhdəlikləri:
  • Bazar araşdırması həyata keçirərək istehlakçı ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun məhsul təklifinin edilməsi;
  • Məhsul xətti üzrə marketinq strategiyasının müəyyənləşdirilməsi və marketinq planının hazırlanması;
  • Yeni məhsul yaradılması prosesinə liderlik edilməsi, məhsul ideyasından bazara çıxışına qədərki mərhələlərin iarə olunması;
  • Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunmasının təmin edilməsi;
  • Məhsul xətti üzrə mənfəətlilik hədəflərinin təyin edilməsi, məhsul mənfəətliliyindən cavabdeh olaraq kommersiya qərarlarının verilməsində iştirak edilməsi;
  • Məhsul çeşidləri üzrə tələb proqnozlaşdırılmasının həyata keçirilməsi, satış və istehsal planlarının effektiv və düzgün təyin edilməsinin təmini;
  • Marketinq strategiyasına uyğun kommunikasiya, ticari marketinq büdcələrinin təyin edilməsi, effektiv idarə olunmasının təmin edilməsi;
  • Şirkət daxilində  Satış, İstehsal, Planlama, Satınalma, Marketinq Kommunikasiyaları, Ticari Marketinq, İnkişaf və Təkmilləşdirmə, Keyfiyyətə Nəzarət Şöbələri ilə çalışaraq məhsul üzrə qərarların icrası üçün müvafiq koordinasiyanın təmini və liderlik  edilməsi;
  • Məhsulun qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoyma prosesinin idarə edilməsi;
  • Marketinq Kommunikasiyaları Şöbəsi ilə  çalışaraq brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun brendlərin bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi;
  • Satış və Ticari Marketinq Şöbələri ilə birgə satış, kanal, merçendayzinq strategiyalarının müəyyənləşdirilməsi.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Yerli istehsal müəssisələrində təcrübənin olması;
  • Yüksək ünsiyyət və liderlik qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihə idarəetmə qabiliyyətinin olması;
  • Rus və ingilis dili biliyi;
  • Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
  • Marka və Brend idarə edilməsi sahəsində iş təcrübəsi (FMCG sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • MS Office proqramları biliyi.

 

İş şəraiti
  • İş yeri: Bakı şəhəri
  • İş təcrübəsi: Minimum 2 il
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • İş qrafiki: 5 günlük
  • Müraciət qaydaları: CV.Ulduz@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marka Meneceri” yazmaqla CV göndərərək müraciət edilir.

Oxşar vakansiyalar