Baş hüquqşünas ( ə/h qeyd olunmayıb )

PMD Projects LLC
Tarix 10.05.2019
Baxış sayı 210
Sahə Təmir&Tikinti
Şəhər Bakı ş.
E-mail hr@pmdprojects.az
CV göndər
Vəzifələr
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin izlənilməsi, qanunvericilikdə dəyişikliklərin öyrənilməsi, bununla bağlı araşdırma aparılması, aidiyyəti vəzifəli şəxslərə sorğu üzrə bununla bağlı məlumatların verilməsi 
  • Şirkətin qaydalarına, daxili normativ sənədlərinə baxılması və qanunvericiliyə uyğunluğunun yoxlanılması
  • Hüquq şöbəsinə daxil olan və ya birbaşa rəhbəri tərəfindən verilən sənədlərin yoxlanılması və imzalanması üçün hazırlanması
  • Yeni müqavilə və razılaşmaların və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi 
  • Layihələr üzrə müqavilə və sənədlərin hazırlanması ilə əlaqədar hüquqi məsələlərin həll olunmasına dair aparılan danışıqlarda iştirak etmək, görüş və müzakirələrin aparılması 
  • Hüquqi sənədlərin icrasından yaranan mübahisələrlə bağlı aparılan danışıqlarda iştirak edilməsi
  • Şirkətin tərəfdaşları ilə münasibətlərdə şirkətin hüquq və mənafeyinin qorunması (danışıqlar prosesində iştirak etmək, tələbləri izah edib təmin etmək)
  • Müqavilənin icrası zamanı və xitamı ilə bağlı hüquqi məsələlərə dair rəy verilməsi
  • Hüquqi sənədlərin daxili qaydalara uyğun hazırlanmasının təmin edilməsi
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 3 ildən artıq
  • Yaş həddi göstərilməyib
  • Ali təhsil: Hüquq ixtisası üzrə ali təhsil
  • İş təcrübəsi: Korporativ hüquq sahəsində azı 5 il, tikinti sahəsində 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
  • Kompüter bacarıqları: MS Office
İş şəraiti
  • “PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir. 
  • Hal-hazırda şirkətimizdə Baş hüquqşünas vakansiyası üzrə iş imkanı mövcuddur:
  • Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
  • Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
     

Oxşar vakansiyalar