Brend menecer (FMCG) ( ə/h qeyd olunmayıb )

Avrora
Tarix 24.06.2019
Baxış sayı 119
Sahə Ticarət
Şəhər Bakı ş.
E-mail hr@avrora.az 
CV göndər
Vəzifələr
  • Ticarət markasının (brendin)  mövcud və potensial bazarını təhlil etməli,  onun istehlakçı seqmentlərini, satış və marketinq strategiyasını  müəyyənləşdirməlidir;
  • Ticarət markasının (brendin)  inkişaf strategiyasını işləməli və illk inkişaf  planı hazırlamalıdır;
  • Satış və logistika bölmələri ilə birgə ticarət markasının (brendin) çeşidləri  üzrə qiymət siyasətini işləyib hazırlamalı, məhsulun optimal satışı üçün münasib şərtlərin yaradılmasını təmin etməlidir;
  • Ticarət markasının (brendin) çeşidləri  üzrə satışların  həcmini proqnozlaşdırmalı  və planlaşdırmalıdır;
  • Satış bölməsi ilə birgə ticarət markasının (brendin)  satış sxemlərini işləyib hazırlamalıdır;
  • Ticarət markasının (brendin) bazarda hərəkətini( satış həcmini, tendensiya və dinamikanı) müşahidə edərək izləməli, istehlakçıların bu markaya olan münasibətini müəyyən edərək təhlil etməlidir;
  • Ticarət markası (brend) üzrə məhsulların istehlakçı tələb və istəklərinə cavab verməyən (istehsalçı tərəfindən nəzərə alınmayan) texnoloji xüsusiyyət və keyfiyyət parametrlərini təsbit edərək istehsalçıya bildirməli və məhsula bazarın tələbinə uyğun yeni istehlakçı xüsusiyyətlərinin  verilməsini təmin etməlidir;
  • Ticarət markası (brend)   üzrə marketinq və reklam büdcəsini təşkil etməli, məhsul üzrə planlaşdırılan gəlirin büdcəyə daxil olması və brendin inkişafına xərclənən vəsaitlərin rentabelliliyini təmin etməli, ola biləcək zərərləri və bu zərərlərin minimuma endirilmə yollarını müəyyənləşdirməlidir;
  • Ticarət markası (brend)   üzrə  məhsullarının satış, istehsalat və  logistika işlərini əlaqələndirməlidir;
  • Ticarət markasını (brendi)  inkişaf etdirməklə  bağlı marketinq və reklam kampaniyalarını, sərgi, təqdimat, promo, PR və digər aksiyaları hazırlamalı və həyata keçirməlidir;
  • Şirkətin strateji marketinq planının hazırlanmasında iştirak etməlidir;
  • Markalara uyğun olaraq sponsorluq fəaliyyətlərini planlamalı və həyata keçirməlidir.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 ilədək
  • Yaş həddi göstərilməyib
  • Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
  • İqtisadi qanunvericiliyin, sahibkarlıq və kommersiya fəaliyyətinin əsaslarını, həmçinin bu fəaliyyəti tənzimləyən hüquqi – normativ aktları bilməli;
  • Bazar iqtisadiyyatını, sahibkarlıq və biznesin idarə edilməsinin əsaslarını üzrə biliklər;
  • Bazarın konyukturasını bilməli; 
  • Təhkim olunmuş ticarət markasının (brendin) məhsul çeşidlərini, təsnifatını, texniki və psixoloji xüsusiyyətlərini və istehsal texnologiyasını bilməli; 
  • Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və  metodları bilməli;
  • Marketinq kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodları bilməli;
  • Reklam işinin əsaslarını, reklam kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodlarını bilməli.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Brend menecer (FMCG)” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Oxşar vakansiyalar