Kredit üzrə arxa ofis mütəxəssisi (Şirvan Filialı) ( ə/h qeyd olunmayıb )

Bank Respublika ASC
Tarix 04.07.2019
Baxış sayı 35
Sahə Banklar
Şəhər Şirvan ş.
E-mail HR@bankrespublika.az 
CV göndər
Vəzifələr
  • Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
  • Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
  • Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;  
  • Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

 

Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili əla (yazılı və şifahi );
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi (Şirvan Filialı)”  şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar