Database Administrator ( ə/h qeyd olunmayıb )

Veysəloğlu Şirkətlər Qrupu
Tarix 09.07.2019
Baxış sayı 125
Sahə Ticarət
Şəhər Bakı ş.
E-mail cv@veyseloglu.az
CV göndər
Vəzifələr
  • 994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
  • Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi 
  • Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması.
  • Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.)
  • Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyi
  • Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi 
  • Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması
  • Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi
  • Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi 
  • ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi
  • Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi
  • Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması
  • Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırlıb test və real sistemlərdə tətbiq olunması
  • Dəyişiklikləri sənədləşdirmək və SVN -ni tanımaq
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • MS SQL 2014/2016/2017 üzrə 1 ildən artıq iş təcrübəsi
  • Verılənlər bazası obyektlərinin yaradılması
  • Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması
  • Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması
  • Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması
  • Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi
  • SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS) üzrə biliklər
  • Sorğular üzrə performans tuningin edilməsi
  • Verilənlər bazası sistemlərinin monitorinqi və optimallaşdırılması
  • Azure Cloud və Azure Services üzrə biliklər
  • Texniki ingilis dili bilikləri
İş şəraiti
  • Ümumi nəqliyyat xidməti;
  • Nahar ilə təmin edilmə.
  • İş qrafiki: 5 günlük, 09:00 - 18:00 və ya 08:00 -17:00
  • Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Database Administrator (DBA)” yazmaqla müraciət edilir.

Oxşar vakansiyalar