Maliyyə hesabatları üzrə baş mütəxəssis ( ə/h qeyd olunmayıb )

PASHA Holding
Tarix 11.07.2019
Baxış sayı 25
Sahə Konsaltinq
Şəhər Bakı ş.
E-mail recruitment@pasha-holding.az
CV göndər
Vəzifələr
  •  Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
  • Kənar auditorlar, Qrup Şirkətləri, onların maliyyə komandaları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasıyanın təmin olunması;
  • Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  •  Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
  • Hesabatlılıqların və təhlillərin təkmilləşdirilməsi (avtomatlaşdırma, sadələşdirmə, dərinləşmə və s.) 
  • Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
  • Maliyyə hesabatı sahəsində 4 il peşəkar təcrübə;
  • Güclü analitik bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramların mükəmməl bilik səviyyəsi.
  • ACCA, CİMA, CPA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
İş şəraiti
  • Müraciət etmə qaydaları:
  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Maliyyə hesabatları üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 11 avqust, 2019-cu il tarixinə qədər göndərilməlidir.
  • Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar