Təhlükəsizlik sistemləri üzrə mühəndis ( 2000 AZN )

Betta Security Sercvice
Tarix 25.07.2019
Baxış sayı 189
Sahə Xidmət
Şəhər Bakı ş.
E-mail office@betta.az 
CV göndər
Vəzifələr
  • Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı 
  • Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması 
  • Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı 
  • Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli 
  • Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli 
  • Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması
  • İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması 
  • İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli 
  • Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli 
  • Sərt Disklər Arxivinin təşkili 
  • Şəbəkə tipli Server və Paylayıcılara nəzarət 
  • Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və təkliflər vermək 
  • Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması 
  • İş rejimi - 5 günlük 
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 3 ildən artıq
  • Yaş həddi göstərilməyib
  • Texniki ali təhsil 
  • Azərbaycan, Rus və İngilis dilləri - yüksək səviyyədə 
  • Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı 
  • İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə 
  • İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi 
  • Müvafiq sahədə ümumi iş təcrübəsi - minimum 5 il 
  • Diqqətli və dəqiq olmalı 
  • İşgüzar və məsuliyyətli olmal
İş şəraiti
  • Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər, mövzu hissədə "Təhlükəsizlik sistemləri üzrə mühəndis" qeyd edərək, CV-lərini və tövsiyyə məktublarını office@betta.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar