Sürücü ( ə/h qeyd olunmayıb )

PMD Projects LLC
Tarix 01.08.2019
Baxış sayı 276
Sahə Təmir&Tikinti
Şəhər Bakı ş.
E-mail hr@pmdprojects.az
CV göndər
Vəzifələr
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarına riayət etmək;
  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli, düzgün texniki istismarını həyata keçirmək;
  • Şirkətin işçilərini və şirkət qonaqlarını təyin olunan cədvəl üzrə aparıb gətirmək;
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin  etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • Ölkədaxili ezamiyyət səfərlərinə mütəmadi olaraq getmək;
  • Əmək və istehsal intizamına, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
     
Tələblər
  • Təhsil: Vacib deyil
  • İş təcrübəsi: Vacib deyil
  • Yaş həddi göstərilməyib
  • İş təcrübəsi: Sürücü kimi azı 5 il təcrübə 
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis və Rus dilləri arzuolunandır;
  • Mükəmməl ünsiyyət və peşəkar təqdim etmə qabiliyyətinə malik olmaq;
  • Məsuliyyətli, intizamlı olmaq. 

 

İş şəraiti
  • “PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir. 
  • Hal-hazırda şirkətimizdə Sürücü vakansiyası üzrə iş imkanı mövcuddur:
  • Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
  • Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
     

Oxşar vakansiyalar