Hüquqşünas ( ə/h qeyd olunmayıb )

Kristal Abşeron MTK
Tarix 14.08.2019
Baxış sayı 43
Sahə Təmir&Tikinti
Şəhər Bakı ş.
E-mail hr@kristalabsheron.az
CV göndər
Vəzifələr
  • - Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
  • Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
  • Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
  • Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
  • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
  • Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
  • Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
  • Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi 
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
  • Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və dgər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
  • Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
  • Şirkətin daxil olduğu qrupun bütün Şirkətlərinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçiləri təlimatlandırmaq; 
  • Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
  • Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Əmək haqqı: 1000 AZN-dən
  • Tələblər
  • Hüquq sahəsində ali təhsil
  • Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
  • MS office proqramları
  • Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi 
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq 
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
İş şəraiti
  • İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
  • Əlaqələndirici şəxs
  • Samir Hacıyev
  • Elektron ünvan: hr@kristalabsheron.az

Oxşar vakansiyalar