Kateqoriya üzrə Menecer ( ə/h qeyd olunmayıb )

Sinteks
Tarix 16.09.2019
Baxış sayı 79
Sahə Ticarət
Şəhər Bakı ş.
E-mail  recruitment@sinteks.com
CV göndər
Vəzifələr
  • Sifariş verilmiş malın effektiv satış həcminin təmin edilməsi.
  • Yeni brendlərlə işə və marketinq proqramına dair təkliflərin müzakirəyə təqdim edilməsi.
  • Ticarət imicinin gücləndirilməsinə və saxlanmasına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi. Personalla lazımi işlərin Ticarət Salonunun Direktoru ilə razılaşdırılıb həyata keçirilməsi.
  • Mövsüm üçün satış proqnozlarını tərtib etmək və məhsul tədarükünü planlaşdırmaq.
  • Malın sifarişini vaxtında yerləşdirmək. Hər bir brend üzrə malların çeşidini maksimal dərəcədə effektiv şəkildə seçmək.
  • Sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək.
  • Hər bir brend üzrə yerləşdirilmiş sifariş haqqında hesabat hazırlamaq (kolleksiyanın qısa təsviri, fotoməlumat, look book, tərəfdaşlar tərəfindən şirkət üçün təqdim olunmuş məlumat və s.) və onu Ticarət Salonunun Direktoruna təqdim etmək.
  • Gündəlik olaraq kateqoriyalar üzrə brendlərin satış həcmlərini təhlil etmək və satışların stimullaşdırılması üzrə lazımi tədbirlər görmək.
  • Ticarət salonunda brendlərin satış və vizual merçendayzinq proseslərinə nəzarət etmək.
  • Ticarət salonunu brendlərin POS – materialları ilə təmin etmək.
  • Satışların nəticələrini təhlil etmək və qiymətləndirmək və brendin təşviqi siyasətində strateji dəyişikliklərin edilməsi üçün məsləhətlər vermək.
  • Brendlər üçün planlaşdırılmış marketinq aksiyalarının yerinə yetirilməsinə nəzarət etmək.
  • Brendin dəyişiklikləri, xüsusiyyətləri və tələbləri barədə marketinq şöbəsinə məlumat təqdim etmək.
  • Yeni malların kolleksiyaları və dəbdə olan tendensiyalar haqqında ticarət personalına praktiki təlim və məlumat təmin etmək.
  • Rəhbərliyə hesabatları vaxtlı-vaxtında təqdim etmək. Bazarda brendin müvəffəqiyyətli təşviqi.
  • Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat vermək.
  •  
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Müştərilərlə məşğul olmaqda faydalı olması
  • Dəqiqlik
  • Azərbaycan, Rus və İngilis dillərində orta səviyyəli yazılı və şifahi ünsiyyət bacarıqları
  • MS Office-də məlumat
  • Diplomlar və sertifikatlar / iqtisadi / ticari profil sertifikatları (tercihen)
  • Pərakəndə satış sahəsində satış meneceri və ya oxşar vəzifədə 3 illik təcrübə
  • Nəticə yönümlü 
  • Liderlik bacarığı
İş şəraiti
  • Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kateqoriya üzrə Menecer” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar