Analitik ekspert ( ə/h qeyd olunmayıb )

Rabitəbank ASC
Tarix 17.09.2019
Baxış sayı 93
Sahə Banklar
Şəhər Bakı ş.
E-mail career@rabitabank.com 
CV göndər
Vəzifələr
  • Departamentlərin tələblərinə uyğun data toplanma, təhlil və layihə menecmenti ilə analitik dəstək göstərmək; 
  • Gündəlik hesabatlılığın icrası, depozit, kart, kredit və digər bank məhsul və xidmətlərinə yönəlik prediktiv modellərin, test qruplarının hazırlanması, mütəmadi yoxlanılmasını təmin etmək; 
  • Məhsullar üzrə churn/retention, mənfəət/zərər (cost/benefit) analizlərinin aparılması; 
  • Müştərilərin bank məhsul ve xidmətləri üzrə tranzaksiyalarını analiz etmə və daha sonrakı seqmentasiya və təsnifləndirmə (clustering) işlərinin aparılması; 
  • Xətti və qeyri xətti (Linear and non-linear) modellər, təsnifləndirmə (clustering), optimizasiya və prediktiv analitika kimi metodlarının tətbiqi; 
  • Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması; 
  • Biznes strukturları və rəhbərlik üçün Tableau kimi vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması; 
  • Birbaşa və çarpaz satışın təşkili üçün fərdiləşdirilmiş marketinq kampaniyalarının keçirilməsində dəstək göstərmək. 
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Yüksək səviyyəli riyazi və analitik biliklər; 
  • Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üzrə təhsil; 
  • Bankçılıq, maliyyə planlaması, risk menecmenti, biznes proseslər menecmenti sahələri üzrə ən azı 1 illik iş təcrübəsi; 
  • Analitik texnikilar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri üzrə, həmçinin Excel üzrə mükəmməl bilik; 
  • R və ya Python proqramlaşdırma dilləri üzrə real iş təcrübəsi arzuolunandır; 
  • Problemlərə kompleks və məntiqi yanaşma bacarığı; 
  • Dəqiqlik və detallara qarşı diqqətlilik; 
  • Yaxşı şəxsi keyfiyyətlər və komanda tərkibində işləmə qabiliyyəti; 
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. 
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Analitik Ekspert” göstərməyiniz xahiş olunur.
  • Əlaqə vasitələri:
  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiyalar