Elektrik mühəndisi ( 800 — 1000 AZN )

ATEF Şirkətlər Qrupu MMC
Tarix 08.10.2019
Baxış sayı 52
Sahə Sənaye
Şəhər Bakı ş.
E-mail hr@atef.az 
CV göndər
Vəzifələr
  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq
  • Transformator, elektron avadanlıqların texniki xidməti
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun oruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək
  • Tam sosial təminat (məzuniyyət və s.)
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-dan 13:00-dək
  • Nahar müəssisə tərəfindən təmin edilir
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 3 ildən artıq
  • Yaş həddi göstərilməyib
  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr)
  • Müvafiq ixtisas üzrə 2-3 il iş təcrübəsi
  • Güc transformatorları (ilkin hesabat və mexaniki dizayn) haqqında biliklərinin olması
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı
  • Azərbaycan, rus, ingilis və türk dili
  • Fikrini izah etmək qabiliyyəti
  • Ezamiyyə imkanları
  • Ünsiyyət yaratmaq bacarığı
  • İşə planlı yanaşması
  • Fəal olması və komandada işləmək bacarığı
İş şəraiti
  • Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik mühəndisi” Mövzu bölməsində göstərin.

Oxşar vakansiyalar