Keyfiyyət şöbəsinin müdiri ( ə/h qeyd olunmayıb )

ATENA MMC
Tarix 10.10.2019
Baxış sayı 705
Sahə Ticarət
Şəhər Ağcabədi ş.
E-mail cv@atena.az 

11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir. ATENA gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir.

CV göndər
Vəzifələr
  • Şirkətin strategiyası, missiyası və siyasətinə uyğun keyfiyyətə nəzarət şöbəsinin işini təşkil etmək.
  • ISO, BRC və tətbiq olunan digər standartlarla bağlı mütəmadi olaraq təlimlərin, yoxlamaların keçirilməsini təşkil etmək
  • Şirkətin sahib olduğu keyfiyyət idarəetmə sistemlərinin tələblərinin tamamilə yerinə yetirilməsini təmin etmək, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.
  • Şirkət daxili yoxlamaların nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və ya qabaqlayıcı fəaliyyət planlarını tərtib etmək və icrasını təmin etmək.
  • Təchizatçı şirkətlərin keyfiyyət göstəricilərini, satınalma şöbəsi ilə sıx əlaqədə olmaq şərtilə, daima nəzarətdə saxlamaq, ehtiyac halında təchizatçı şirkətləri ziyarət etmək və bu proseslərin nəticələri ilə bağlı rəhbərliyə hesabat vermək.
  • Müştərilərdən gələn müraciətlərin (şikayət, məmnuniyyət, təklif) nəzarətdə olmasını və həmin müraciətlərlə bağlı tədbir görülməsini təmin etmək.
  • Qurulması planlaşdırılan, davam etdirilən və ya yenilənən qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək.
  • Şöbəsi daxilində iş bölgüsünü və məsuliyyətləri müəyyən etmək.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • • Ali ixtisas təhsili (Qida mühəndisliyi, Kimya, Biologiya və s.)
  • İSO, BRC, HAACP üzrə təcrübə
  • Süd məhsullarının istehsal texnologiyasını bilməli
  • Müvafiq sahədə 5 il iş təcrübəsi
  • MS Office biliyi
  • İngilis və rus dili biliyi
  • Şəxsi keyfiyyətlər:
  • Analitik düşünmə qabiliyyəti
  • Stress altında işləmək bacarığı
  • Liderlik və komandada işləmək bacarığır.
İş şəraiti
  • İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi, Atena Süd zavodu
  • İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə  təmin edilir. 
  • İş qrafiki: I-VI  günlər 09:00-18:00 dək
  • Əmək haqqı: Müsahibə əsasında
  • Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
  • Qeyd: Yanlız seçilmiş namizədlər  2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Oxşar vakansiyalar