Partnyorlarla iş şöbəsinin müdiri ( ə/h qeyd olunmayıb )

Bank Respublika ASC
Tarix 17.10.2019
Baxış sayı 38
Sahə Banklar
Şəhər Bakı ş.
E-mail  HR@bankrespublika.az
CV göndər
Vəzifələr
  • Ödəniş sistemləri və rəqəmsal məhsulların inkişafı üzrə yeni təkliflərin hazırlanması və layihələrin aparılması;
  • Potensial partnyor ola biləcək şirkətlərlə əlaqələrin qurulması və bank məhsullarının təqdimatı;
  • Ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı üzrə işlərin aparılması;
  • Kütləvi və partnyor kampaniyaların həyata keçirilməsi;
  • Bazar və rəqib analizlərinin aparılması və bu analizlər əsasında qiymətləndirmə təkliflərinin verilməsi;
  • Bankın müştəri bazasının analiz olunması və müvafiq olaraq CRM kampaniyaların həyata keçirilməsi;

 

Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə ən azı 5 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla)
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə; 
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma.
İş şəraiti
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla iş şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar