Zootexniki xidmət üzrə bölmə rəhbəri ( ə/h qeyd olunmayıb )

Yalama Aqropark MMC
Tarix 06.11.2019
Baxış sayı 18
Sahə Kənd təsərrüfatı
Şəhər Bakı ş.
E-mail hr@agroparkyalama.az 
CV göndər
Vəzifələr
  • Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
  • Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə Yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
  • Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu təşkil edir, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
  • Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.
  • Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
  • Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
  • İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etdir;
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Təhsil: Kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)
  • Zootexniki xidmət üzrə ən azı 3 il iş təcrübəsi
  • İngilis dilini yaxşı bilmək
  • Xaçmaz/Qusar/Quba rayonlarından olan namizədlərə üstünlük verilir
  • Kənd təsərrüfatı sahəsində işləyənlərə üstünlük verilir
  • MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş şəraiti
  • İş qrafiki
  • 09:00-18:00 ( beşgünlük iş həftəsi)
  • Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Zootexniki xidmət üzrə bölmə rəhbəri” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiyalar