Lawyer / Hüquqşünas ( 300 — 500 AZN )

MZ Hüquq Şirkəti
Tarix 03.09.2018
Baxış sayı 222
Sahə Konsaltinq
Şəhər Bakı ş.
Telefon +412 499 72 60
E-mail info@bakumz-lawfirm.com
CV göndər
Vəzifələr
  • Müqavilələrin layihələrinin, düzəlişlərinin, əmrlərin, təlimatların və digər sənədlərin qanunvericiliyə uyğunluğunu təmin edir;
  • Müqavilə işini yerinə yetirir, müqavilənin formasını müəyyən edir, müqavilənin layihələrini işləyib hazırlayır, müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunu dəqiqləşdirir, müqavilənin layihəsi üzrə anlaşılmazlıqların həll olunması üçün tədbirlər görür, müəyyən növ müqavilələrin notariusda təsdiq olunmasını və / və ya dövlət qeydiyyatını təmin edir;
  • İddialar üzrə işi aparır, sifarişçilərdən / podratçılardan daxil olan iddiaların qeydiyyatını və təhlilini aparır, daxil olan iddialara cavablar hazırlayır və daxil olan iddiaların qəbul və ya rədd olunması barədə ilkin qərarlar qəbul edir, sifarişçilərə / podratçılara qarşı iddialar hazırlayır, sifarişçilərə / podratçılara yönəldilmiş iddiaların təmin olunmasına nəzarət edir;
  • Dövlət nəzarət orqanlarda Müştərilərə qarşı tətbiq olunan dövlət nəzarət orqanlarının rəsmilərinə qarşı şikayətlərin hazırlayır və göndərir.
  • Təsis sənədlərinin hazırlanmasını həyata keçirir və hüquqi şəxslərin dövlət qeydiyyatını təmin edir.
  • Müştərilər üçün müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətlər verir, hüquqi sənədlərin hazırlanması zamanı hüquq yardım göstərir.
  • Tələb olunan digər tapşırıqlar.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Hüquq üzrə diplom;
  • Müqavilə layihələrin hazırlanmasında təcrübə (üstünlük verilir);
  • Azərbaycan dili – əla, İngilis dili -  əla, Rus dili – əla olmalıdır;
  • Kompyuter bilikləri: Microsoft Office. 


 

İş şəraiti

CV-lərinizi aşağıdakı ünvana yollaya bilərsiniz:
e-ünvan: info@bakumz-lawfirm.com 

Oxşar vakansiyalar