Dezinfektor (Pest Kontrol mütəxəssisi) ( ə/h qeyd olunmayıb )

Azersun Holding
Tarix | 05.09.2018 |
Baxış sayı | 149 |
Sahə | Ticarət |
Şəhər | Bakı ş. |
cv@azersun.com |
Vəzifələr
- Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi;
- Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
- Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi,
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
- Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.
Tələblər
- Təhsil: Vacib deyil
- İş təcrübəsi: 1 - 3 il
- Yaş həddi göstərilməyib
- Kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsil;
- Həşaratlar sinifi (qanadlı həşəratlar,tarakankimilər,düzqanadlılar,bitlər, bərabərqanadlılar,birələr, sərtqanadlılar və ya böcəklər, ikiqanadlılar, pulcuqlu qanadlılar,pərqanadlılar və s.), gəmiricilər (xüsusi ilə sinantrop gəmiricilər), məhsulların içərisində rastlanıla biləcək ziyanverici həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
- Aşağıdakıları bilməlidir:
- dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını;
- dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;
- • zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını;
- • fərdi müdafiə vasitələrindən istifadə qaydasını;
- • zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini;
- Orqanizmasında allergiyası olmamalı
- İrgənmə və yüksəkdən qorxma kimi fobiyaları olmamalıdır
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilməli.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş şərtləri: İş qrafiki: I-V günlər 09.00-18.00, VI gün 09.00-16.00 həftədə 1 gün istirahət.
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Dezinfektor (Pest Kontrol mütəxəssisi)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiyalar

Мастер наружной рекламы
600 — 1200 AZN
Max Print MMC

Telefon ustası
Kontakt Home

Çayçı xanım (Coffe lady)
400 — 450 AZN
Star Mining

Florist
200 — 600 AZN
Roses Are Red

Rəngsaz
300 — 500 AZN
FJ Group

Çayçı
Autolux Azerbaijan LLC

Флорист
LILAC

Soyuducu ustası
Kontakt Home

Kiçik məişət texnikası ustası
Kontakt Home

Çayçı
400 AZN
Star Mining