Energetika şöbəsi, EAT və X üzrə elektrik montyoru ( ə/h qeyd olunmayıb )

Sumqayıt Texnologiyalar Parkı (STP)
Tarix 07.09.2018
Baxış sayı 75
Sahə Ticarət
Şəhər Bakı ş.
E-mail cv@stp.az
CV göndər
Vəzifələr
  • Növbətçi EAT və X üzrə elektrik montyoru öz növbəsi ərzində müəssisə ərazisində yerləşən bütün yarımstansiyalarda operativ  istismar işini həyata keçirməlidir;
  • Özündən sonrakı növbədə EAT və X üzrə elektrik montyoru işə çıxmadığı zamanda növbə ustası göstərişinə əsasən növbədə qalmalı;
  • Növbəyə gələn EAT və X üzrə EM onlardan qabaq növbədə olanlardan yarımstansiyaların işinin sxemi barədə, avadanlıqların vəziyyəti barədə, yüklənmə qrafiki barədə, görülən təmir işləri barədə, nasaz avadanlıqlar və digər məsələlər barədə məlumatı almalı;
  • Jurnalda aparılan qeydləri nəzərdən keçirməli, iş yerlərində işin vəziyyəti və s. ilə tanış olmalı;
  • EAT və X üzrə Elektrik Montyoru əsas aqreqatların və fiderlərin işə  salınmasını və dayandırılması işini icra etməlidir;
  • EAT və X üzrə EM növbə ərzində bir dəfə elektrik avadanlıqlarının, şin qalereyasının, transformatorların və 6/10kV olan açarlarının baxışını həyata keçirməli və bu baxış zamanı növbətçi EAT və X üzrə elektrik montyoru avadanlıqların işində olan çatışmazlıqları  avadanlıqlara baxış jurnalında qeyd etməlidir;
  • Baxış zamanı ortaya çıxan və təcili aradan qaldırılmalı olan  çatışmazlıqlar barədə dərhal növbə ustasına məlumat verməli;
  • Baş vermiş qəza haqda dərhal növbə rəisinə xəbər verməli;
  • Qəzaların aradan qaldırılmasından sonra növbədə olan EAT və X üzrə EM növbə ustasına qəzanın yaranma səbəbləri, qəzanın aradan qaldırılması üçün heyətin gördüyü işlər, qəzanın baş verməsində günahkar şəxslər və qəzadan sonrakı vəziyyət barədə məlumat verməlidir;
  • Yanğın əleyhinə inventarın yerini bilməli və lazım gəldikdə onları tətbiq etməyi bacarmalıdır;
  • Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməlidir;
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planını bilməlidir.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 3 ildən artıq
  • Yaş həddi göstərilməyib
  • Müvafiq sahə üzrə texniki-peşə təhsilli;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Elektrotexnikanın əsaslarını bilməlidir.
  • Əlavə məlumatlar
  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika şöbəsi, EAT və X üzrə elektrik montyoru” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiyalar