Energetika şöbəsi, elektrik montyoru ( ə/h qeyd olunmayıb )

Sumqayıt Texnologiyalar Parkı (STP)
Tarix 07.09.2018
Baxış sayı 87
Sahə Ticarət
Şəhər Bakı ş.
E-mail cv@stp.az
CV göndər
Vəzifələr
  • Elektrotexniki sxemlərin istismarı və quraşdırılması qaydalarını bilməli;
  • Avadanlıqları və alətləri saz və işçi vəziyyətdə saxlamalı;
  • İş yerində təmizliyə daim riayət etməli;
  • Qüvvədə olan normalara uyğun geyimdə və zəruri mühafizə vasitələrində işləməli;
  • Xidmət etdiyi sexin elektrik avadanlıqlarını etibarlı, səmərəli və fasiləsiz iş rejimi ilə təmin etməli;
  • Verilən göstərişləri vaxtında nümunəvi və yoxlama cihazları, alət və ləvazimatlarla yerinə yetirməli;
  • Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməli;
  • İstehsalat tapşırıqlarını yalnız işə buraxma vərəqləri verildikdən sonra yerinə yetirməli.
  • Tanış olmayan işi yerinə yetirməzdən qabaq bilavasitə sahə rəisindən bu işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimat tələb etməli.
  • Yanğın əleyhinə inventarın yerini bilməli və onları tətbiq etməyi bacarmalı.
  • Sexin mühəndis elektrikinin (ustanın) göstərişi olmadan sexin elektrik təchizatı sxemində hər hansı bir əməliyyatı yerinə yetirməməli;
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planını bilməli və tətbiq etməli.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Müvafiq sahə üzrə texniki-peşə təhsilli;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Elektrotexnikanın əsaslarını bilməlidir.
  • Əlavə məlumatlar
  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
İş şəraiti
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika şöbəsi, elektrik montyoru” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiyalar