Layihə Meneceri ( 2500 — 3000 AZN )

SMTS MMC
Tarix 19.09.2018
Baxış sayı 119
Sahə Təmir&Tikinti
Şəhər Bakı ş.
E-mail hr@smts.az
CV göndər
Vəzifələr
  • Obyektdə Tikinti quraşdırma işlərinin (TQİ)  İş qrafikinə uyğun, keyfiyyətlə, təhlükəsiz, ayrılmış büdcəyə maksimal şəkildə qənaət etməklə yerinə yetirilməsini təmin edir; Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma,  işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməlidir;
  • Ay ərzində yerinə yetirilən TQİ tamamlandıqca İcra aktlarının, eləcə də, gizli və üstüörtülü işlərin qəbulu aktının tərtibatını, təsdiqlənməsini təmin edir, İşlərin Sifarişçiyə təhvil verilməsini, Subpodratçılardan təhvil götürülməsini təmin edir.
  • Gündəlik yerinə yetirilən TQİ-nin qeydiyyatını aparmalı və bunu gündəlik yayımlanan, həmçinin həftəlik hazırladığı raporda əks etdirməlidir.
  • Planlaşdırılmış işin smeta dəyəri, yerinə yetirilən işlərin smeta dəyəri və başa çatmaq üzrə proqnozlaşdırılan məsrəflərin hesablanmasını edir;
  • Obyektə Mədaxil və Məxaric olan olan material, invertar, avadanlıq, ləvəzimat, maşın-mexanizm və s. qorunmasını, təyinatı üzrə istifadə olunmasını, uçotunu və s. təmin edir. Hər ay obyekt üzrə texniki hesabatların tərtibatı və Texniki İstehsalat Departamentinə təhvil verilməsini təmin edir;
  • Obyektə material, invertar, avadanlıq, ləvəzimat və s. təyinatı üzrə layihəyə əsasən istifadə olunmasını və normalara uyğun sərf olunmasını təmin edir; Təchizat və çatdırılan tədarüklərin layihə sənədləşməsinin göstəriciləri üzrə həyata keçirə bilməlidir.
  • Şirkətin ümumi nüfuzunun qorunması üçün və şirkətin nüfuzuna zərər dəyməməsi üçün lazımi tədbirləri görür;
  • Bütün layihə iştirakçıları (Sifarişçi, Baş Podratçı, Layihəçi, Məsləhətçi, Subpodratçı və s.) arasındakı əlaqələrin və kommunikasiyaların maksimal şəkildə effektiv qurulmasını, sənədləşmənin maksimal şəkildə təşkil olunmasını təmin etməlidir. Şirkətin gələcəkdə baş verə biləcək mübahisələrdə əlində yetərli miqdarda rəsmi dəlillərin olmasına çalışmalıdır;
  • Sənədləşmənin təşkili prosesində sənədlərə nəzarət və məlumatlarin idarə olunmasi proseduruna ciddi riayət etməli və bu prosedurdan irəli gələn qaydaları öz fəaliyyətində tətbiq etməlidir;
  • Risklər və çətinliklərin idarə olunması:Mümkün riskləri müəyyən edə bilməli gündəlik riskləri/çətinlikləri müəyyən etmək, cavab tədbirlərini və həll yollarını planlaşdırmaq və dəqiqləşdirmək;Antirisk tədbirlər planını hazırlayıb təsdiqlətməlidir. Marağı olan tərəfləri planla tanış etməli. Mütamadi olaraq yeni risk mənbələrini müəyyən edir ,riskləri yenidən qiymətləndirir və antirisk tədbirlərini yeniləməli.Layihənin həyata keçirilməsi üçün tələb olunan resursların, öz əməkdaşları arasında iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsi, planlaşdırma məqsədi ilə əlaqələrin təhlili, birlik və komanda ruhunun yaradılması;
  • Layihələrin məqsədyönlü, uğurlu həyata keçirilməsi məqsədilə, şirkətin səlahiyyətli şəxslərin vaxtında və müntəzəm qaydada məlumatlandırılması.
Tələblər
  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 1 - 3 il
  • Yaş həddi göstərilməyib
  • Ali texniki təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək)
  • Layihə Meneceri olaraq 3 (üç) il beynəlxalq layihələrdə iş təcrübəsi.
  • Microsoft Office (Excel, Word) və AutoCad proqramlarını əla səviyyədə bilməli.
  • Azərbaycan  dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olamlı. (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Liderlik və komanda idarəçiliyi bacarığı; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli.
  • Digər tələb və şərtlər:
  • Əmək haqqı 2500 – 3000 AZN ( təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur. )
  • İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  
     
İş şəraiti
  • Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Layihə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar